Avtobusu saxlayıb namaz qıldı – Qurumdan AÇIQLAMA + VİDEO

Cəmiyyət


Avtobus sürücüsü nəqliyyat vasitəsini kənarda saxlayıb və namaz qılıb.

resmixeber.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, avtobus sürücüsünün bu hərəkəti birmənalı qarşılanmayıb.

“BakuBus” MMC-dən resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, görüntü qurumun istismarında olan 175 saylı marşrut xəttinin son dayanacağında çəkilib:

“Daxil olmuş videogörüntü əsasında daxili araşdırma aparıldı. Son dayanacaqda avtobusun durma müddəti 9 dəqiqə təşkil edir. Sürücü həmin müddət ərzində (təqribən 3 dəqiqə) dini ibadətini yerinə yetirib. Bu, avtobusun hərəkət qrafikində heç bir gecikməyə səbəb olmayıb”.

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir