Rusiya və İran XİN rəhbərləri Azərbaycan – Ermənistan sülh prosesini müzakirə ediblər

Siyasət


İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian rusiyalı həmkarı Sergey Lavrov ilə ölkələr arasında münasibətlərin cari məsələlərini, eləcə də Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

İslam Respublikasının Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığı zamanı nazirlər “Cənubi Qafqazda baş verən son hadisələri, əməkdaşlığın və ikitərəfli münasibətlərin hazırkı vəziyyətini, həmçinin regional və beynəlxalq gündəlikdəki bəzi məsələləri” müzakirə ediblər.

Nazirliyin bəyanatında qeyd olunub ki, Abdullahian Azərbaycan və Ermənistan arasında davamlı sülh sazişinin əldə edilməsi üçün aparılan danışıqları alqışlayıb və İran İslam Respublikasının regionda sülh və sabitliyə dəstəyini vurğulayıb.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir