Qərbi Azərbaycan Xronikası: “Basarkeçərdə erməni vandalizmi” – VİDEO

Siyasət


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Basarkeçərdə erməni vandalizmi” adlı veriliş efirə gedib.

resmixeber.az xəbər verir ki, verilişdə 2022-ci ildə Ermənistanın 70-dən çox ziyalısının baş nazir Nikol Paşinyana açıq məktubla Azərbaycanla sülh gündəliyindən bir addım belə kənara çıxmamaq və ərazi məsələlərini unutmaq xahişi ilə edilən müraciətdən, eləcə də antropoloq, miqrasiya və millətçilik üzrə mütəxəssis Yeviya Hovanesyanın Göyçə mahalının Basarkeçər (Vardenis) rayonunda erməni vandalizmindən bəhs etməsindən danışılır.

Bildirilir ki, müraciət edənlərin arasında antropoloq, miqrasiya və millətçilik üzrə mütəxəssis Yeviya Hovanesyan da var.

O, tədqiqatlarında Qərbi Azərbaycanda azərbaycanlıların köçürülməsindən sonra məskunlasan ermənilərin vandalizm addımlarını cəsarətlə göstərir, daxilən erməni saxta ideologiyası ilə zəhərlənsə də, gerçək olan tarixi mədəniyyət antropoloqu kimi gizlədə bilmir.

Göyçə ərazisinə köçən ermənilərdən bəhs edən araşdırmaçı deyir:

“Ermənistan ərazisində apardığım araşdırmalar əsasən Vardenis bölgəsinə aiddir, çünki qaçqınlar gedənə qədər bölgə əhalisinin təxminən 70 faizini azərbaycanlılar təşkil edirdi və təbii ki, onlar köçüb getdikdən sonra gələn ermənilər keçmiş Azərbaycan kəndlərində məskunlaşdılar. Təbii ki, qaçqınlar, bu evləri qismən tikməyə, qismən təmir etməyə başlayıblar. Amma demək olmaz ki, bu evlər tamamilə dəyişdirilib və orada hər hansı Azərbaycan elementinə rast gəlmək mümkün deyil. Əlbəttə, bu belə deyil. Bu gün də Vardenis bölgəsinə gedib kifayət qədər belə elementlər görmək olar”.

Y.Hovanesyan digər bir mühüm məsələ-qəbiristanlıqların və ümumilikdə müqəddəs yerlərin dəyişikliklərə məruz qalması ilə bağlı da vurğulayıb ki, bu, fiziki məkanda inteqrasiyanın necə baş verdiyini açıq şəkildə göstərir:

“1990-cı illərdə bu qəbiristanlıqlar müxtəlif müdaxilələrə məruz qalıb, məzar daşları sındırılıb, sırf əylənmək üçün və ya ərazinin sahibinin kim olduğunu göstərmək üçün məzar daşları tapança ilə güllələnə bilərdi. Amma konkret Vardenis (Basarkeçər) bölgəsindəki qəbirlər əsasən bərbad vəziyyətdədir”.

Diqqətə çatdırılır ki, Basarkeçər bölgəsində demək olar ki, bütün kəndlərdə qədim türk məzarlıqları olub:

“1988-ci ildən sonra bütün Qərbi Azərbaycanın kəndlərində tarixi Azərbaycan izləri silinib. Eməni tədqiqatçısı Basarkeçərin timsalında bu vandalizmi və tarixə qarşı cinayət və saxtalaşdırmanı göstərir”.

Sonda qeyd olunur ki, bu gün azərbaycanlıların öz tarixi yurdlarına qayıdışından narahat olan Ermənistan həm də törətdiyi vandalizm əməllərinin üzə çıxacağından qorxur:

“Qədim yaşayış məkanlarımıza qayıtmaq ilə bərabər, orada olan min illik mədəni irsimizi də dirçəltmək vəzifəsi qarşımızda durur”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir