İraqın Kürdüstan regionunun inzibati mərkəzi olan Ərbil şəhərində, hava limanı ərazisində yerləşən ABŞ hərbi bazasına pilotsuz uçan aparatla hücum edilib.
Bu barədə respublika Silahlı Qüvvələrinin ali baş komandanının rəsmi nümayəndəsi, general Yəhya Rəsul məlumat verib.
“Bir neçə yaralı var. Hava limanının fəaliyyətində problemlər yaranıb, bu da mülki uçuşların cədvəlinə təsir edib”, – deyə general bildirib və hadisəni terror aktı kimi qiymətləndirib.
Partlayıcı ilə təchiz edilmiş dron-kamikadze ilə hücum aktına görə məsuliyyəti “İraqın İslam Müqaviməti” şiə hərəkatı öz üzərinə götürüb. Hərəkat həmçinin Suriyadakı “Əl-Ömər” neft yatağı yaxınlığındakı Amerika bazasına da hücumlar təşkil etdiyini bəyan edib. Buna səbəb olaraq isə ABŞ-nin İsrail ordusuna dəstək verməsi göstərilib.
Mənbə: Life.ru
www.RESMIXEBER.az