PSJ-nin yeni oyunçusu bəlli oldu – FOTO

Dünya


“Korintians” klubunun 18 yaşlı oyunçusu Qabriel Moskardo karyerasını Fransa PSJ-sində davam etdirəcək.

Bu barədə insayder və jurnalist Fabritsio Romano öz mənbələrinə istinadən məlumat verib.

Onun sözlərinə görə, “Korintians” və PSJ futbolçunun 20 milyon avroluq sabit qonorar qarşılığında transferi ilə bağlı razılığa gəliblər.

Bundan əlavə, parislilər Moskardoya görə bonus şəklində 2 milyona yaxın avro da ödəyəcəklər. Tərəflər rəsmi müqavilə imzalayan kimi Moskardo Braziliyadan Fransaya uçacaq.

PSJ-də o, daha bir braziliyalı yeni oyunçuya – əvvəllər “Zenit”in maraq dairəsində olan Beraldoya qoşulacaq. Yayılan xəbərlərə görə, onun da komandaya qatılması üçün 20 milyon avro ödənilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir