Dissertasiya şuraları tərkibində fəaliyyət göstərən hüquqşünas-alimlər bəyanat yayıblar

Siyasət


Azərbaycan Respublikasının Dissertasiya şuraları tərkibində fəaliyyət göstərən hüquqşünas-alimlər 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkisində İlham Əliyevin namizədliyinin dəstəklənməsinə dair bəyanat qəbul ediblər.

AZƏRTAC bəyanatı təqdim edib:

“Müəyyən olunduğu kimi, 2023-cü il 7 dekabr tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən “Növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkisinin elan edilməsi haqqında” Sərəncam imzalanıb və hazırda Sərəncamın icrasına başlanılıb.

Bu prosesdə hüquqşünasların mövqeyinin önəmli olmasından irəli gələrək 2023-cü il 22 dekabr tarixində ölkəmizdə Dissertasiya şuraları tərkibində fəaliyyət göstərən bir qrup hüquqşünas-alimlərin görüşü keçirilib. Görüşdə qarşıdan gələn prezident seçkisində İlham Əliyevin namizədliyinin irəli sürülməsi yüksək dəyərləndirilib və İlham Əliyevin namizədliyinin dəstəklənməsində hüquqşünas-alimlərin israrlı olacaqları bəyan edilib.

Vurğulanıb ki, son 20 il ərzində ölkənin suverenliyinin və müstəqilliyinin qorunmasının təminatı olan ümummilli lider Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilib və Azərbaycan tarixi nailiyyətlərə imza atıb. İlham Əliyevin prezidentliyi dövründə uğurlu daxili və xarici siyasət nəticəsində ölkə iqtisadiyyatı sürətlə inkişaf edib, vətəndaşların rifahına xidmət edən sosial siyasət aparılıb, ardıcıl və davamlı məhkəmə-hüquq islahatları həyata keçirilib, insan haqlarının daha səmərəli təminatı sferasında əməli işlər görülüb, vətəndaş məmnunluğu yüksək səviyyəyə çatdırılıb, beynəlxalq hüquq normalarının tətbiqi istiqamətində əhəmiyyətli addımlar atılıb. Otuz il işğal altında olmuş torpaqlarımız xalq və hakimiyyət vəhdəti və İlham Əliyevin möhkəm siyasi iradəsi nəticəsində azad edilib, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi təmin olunub və respublikamız dünya müstəvisində söz sahibi olan dövlətə çevrilib.

Bildirilib ki, hazırkı qlobal, regional siyasi-iqtisadi reallıqlar şəraitində ölkəmizin davamlı və dayanıqlı inkişafında İlham Əliyevin siyasi kursunun davam etdirilməsi danılmazdır.

Bununla da biz, adları [imzaları] aşağıda sadalanan hüquqşünas-alimlər 2023-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində İlham Əliyevin namizədliyini qətiyyət, məsuliyyətlə dəstəkləməyə çağırır və seçki kampaniyasında fəal şəkildə iştirak etməyə hazır olduğumuzu bildiririk.

Bəyanata qoşulan alimlərin siyahısı:

1. AMEA müxbir üzvü, h.e.d., prof. Məsumə Fazil qızı Məlikova;

2. H.e.d., prof. Ayxan Xankişi oğlu Rüstəmzadə;

3. H.e.d., dos. Turqay İmamqulu oğlu Hüseynov;

4. H.f.d., dos. Zaur Hümbət oğlu Əliyev;

5. H.e.d., prof. Namiq Həsən oğlu Əliyev;

6. H.e.d., prof. Habil Surxay oğlu Qurbanov;

7. H.e.d., prof. Əmir İbrahim oğlu Əliyev;

8. H.e.d., prof. Şaxla Tofiq qızı Səmədova;

9. H.e.d., prof. Firuzə Məmməd qızı Abbasova;

10. H.e.d., prof. Midhəd Seyidəhməd oğlu Qəfərov;

11. H.e.d., prof. Kamil Nazim oğlu Səlimov;

12. H.e.d., prof. Alış Məmiş oğlu Qasımov;

13. H.e.d., dos. Sübhan Fərmayıl oğlu Əliyev;

14. H.e.d., dos. Ərəstun Əliyar oğlu Qasımov;

15. H.e.d., dos. Səidə Bəhram qızı Həsənzadə;

16. H.e.d., dos. Nazim Tələt oğlu Əliyev;

17. H.e.d., dos. Mübariz Həsrət oğlu Mustafayev;

18. H.e.d., dos. Rauf Məmməd oğlu Qarayev;

19. H.e.d., dos. Mətanət Paşa qızı Əsgərova;

20. H.e.d. Fərdin Yaşar oğlu Xəlilov;

21. H.f.d., dos. Əlizadə Qurbanəli oğlu Məmmədov;

22. H.f.d., dos. Ağa Kərim Ağa Səlim oğlu Mirzəyev;

23. H.f.d., dos. Könül Elman qızı Hüseynova;

24. H.f.d., dos. Şöhlət Müzəffər oğlu Kərimov;

25. H.f.d., dos. Sahil Yaqub oğlu Qasımov;

26. H.f.d., dos. Əsmər Əlimusa qızı Əliyeva;

27. H.f.d., dos. Şükür Məhəmməd oğlu Yusibov;

28. H.f.d., dos. Araz Raquf oğlu Qədiməliyev;

29. H.f.d., dos. Asif Xanoğlan oğlu Qədirov;

30. H.f.d., dos. Məleykə Nəsib qızı Bayramova;

31. H.f.d., dos. Aynurə Tofiq qızı Musayeva;

32. H.f.d., dos. Səyyad Ağamir oğlu Ağayev;

33. H.f.d., dos. Ceyhun Aydın oğlu Süleymanov;

34. H.f.d. İlkin Cəlil oğlu Camalov;

35. H.f.d. Qəzənfər Babaxan oğlu Kərimov;

36. H.f.d. Rəşad Məmməd oğlu Şərifov;

37. H.f.d. Sahil Zahir oğlu Hüseynov”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir