Tarixin ən nüfuzlu 50 futbolçusunun adı açıqlanıb – SİYAHI

Dünya


Britaniyanın “FourFourTwo” jurnalı 21-ci əsrin ilk 10 ilinin milli komandalarının ən yaxşı oyunçularının reytinqini tərtib edib.

Reytinqdə ilk yerdə “Barselona” və “Milan”da çıxış edən braziliyalı hücumçu Ronaldinyo qərarlaşıb. Nəşr Ukrayna millisinin sabiq hücumçusu Andrey Şevçenkonu 14-cü pillədə yerləşdirib.

Beləliklə, “FourFourTwo”nun versiyasına görə, 2000-ci illərin milli komandalarının ən yaxşı 10 oyunçusu aşağıdakı kimi sıralanıb:

1. Ronaldinyo – Braziliya millisi;

2. Zinəddin Zidan – Fransa;

3. Kaka – Braziliya;

4. Andres İnyesta – İspaniya;

5. Xavi – İspaniya;

6. Kriştianu Ronaldu – Portuqaliya;

7. Ronaldo – Braziliya;

8. Rio Ferdinand – İngiltərə;

9. Andrea Pirlo – İtaliya;

10. Lionel Messi – Argentina;

14. Andrey Şevçenko – Ukrayna.

Həmçinin vurğulanıb ki, Ronaldinyo “Qızıl top” mükafatının qalibi (2005) olmaqla, eyni zamanda, 2004 və 2005-ci illərdə FİFA-nın versiyasına görə, dünyanın ən yaxşı futbolçusudur. O, Braziliya millisinin heyətində 2002-ci ildə dünya çempionu olub.

Mənbə: Championat.com

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir