Floridada ticarət mərkəzində atışma: Ölən və yaralanan var

Dünya


ABŞ-nin Florida ştatının Okala şəhərində ticarət mərkəzində baş verən atışma nəticəsində azı bir nəfər ölüb, bir nəfər yaralanıb.

Bu barədə şəhər polisi məlumat verib.

Polisin məlumatına görə, bir kişi ölüb, bir qadın isə yaralanaraq xəstəxanaya aparılıb.

Polis həmçinin bildirib ki, şübhəli hadisə yerindən qaçıb.

Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ticarət mərkəzinə yenidən baxış keçirir və hadisə ilə bağlı araşdırma aparır.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir