“New-York Times”ın yazarı Bərdənin bombalanmasını xatırladı: “Yaşadığım ən qorxulu anlardan biri idi” – VİDEO

Dünya


“Bu, mənim indiyə qədər yaşadığım ən qorxulu anlardan biri idi”.

Bu sözləri məşhur “New York Times” nəşrinin yazarı, fotoqraf və fotojurnalist İvor Prikett 2020-ci il Qarabağ müharibəsi zamanı Bərdənin raket hücumuna məruz qalması ilə bağlı “İnstagram” hesabında etdiyi paylaşımda deyib.

Həmin vaxt həmkarları ilə Bərdədə olan İvor Prikett gördüklərindən və yaşadıqlarından danışıb:
“Əslində mənə, həmkarım Karlotta Qall və komandamıza Bərdədə həmin hücumdan sağ-salamat çıxmaq qismət oldu. Biz demək olar ki, kaset bombası hücumunun mərkəzinə girmişdik. İkinci slayd mənim cəsur tərcüməçim Rövlan tərəfindən lentə alınmış videodan qısa bir hissədir ki, bizim partlamaların baş verdiyi divarın arxasında necə gizləndiyimizi əks etdirir. Yəqin ki, bu, mənim indiyə qədər yaşadığım ən qorxulu anlardan biri idi. Qismən də ona görə ki, faktiki olaraq bizim gizlənəcəyimiz heç bir daldalanacaq yox idi. Mən dindar deyiləm, amma o gün bilmədiyim bir tanrıya necə dua etdiyimi yaxşı xatırlayıram. Biz birtəhər bomba yağışından sağ çıxa bildik və dərhal onun nəticələrini sənədləşdirməyə başladıq. Nəticədə bu, həftələr sonra başa çatan 2020-ci il müharibəsi zamanı mülki əhali arasında ən ölümcül itkilərin olduğu məqam idi”, – deyə o paylaşımında qeyd edib. 

Ivor Prikett yazıda həmçinin baş verənlərin sənədləşdirilməsi ilə bağlı ona edilən təzyiqlərdən də bəhs edib:

“Mən də nəhayət, vaxt tapıb öz saytımda 2020-ci il Qarabağ müharibəsi zamanı Azərbaycanla bağlı yazı yerləşdirdim. Bu çox uzun çəkdi. Mən həm də başa düşdüm ki, o vaxt buna görə çoxlu təhqirlərə məruz qaldığım üçün bu işi təbliğ etməkdən çəkinmişəm. Sadəcə olaraq Azərbaycan tərəfdən bu hekayəni sənədləşdirmək kifayət idi ki, onlayn trollar tərəfindən sonsuz nifrət yaranmasına səbəb olsun. Kampaniya o yerə gedib çıxdı ki, hətta “New York Times”da adımı ləkələməyə çalışdılar və 20-dən çox insanın ölümünə səbəb olan Bərdəyə raket hücumunun fotoşəkillərini saxtalaşdırdığımı iddia etdilər. İstənilən halda, bu alınmadı, lakin müəyyən mənada təsirli oldu, çünki yaşadıqlarım barədə daha rahat danışmağa imkan verdi. Və budur, üç ildən sonra mən bu barədə danışmaqdan məmnunam”, – deyə fotojurnalist bildirib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir