Qəbələdə iki avtomobil toqquşub.
resmixeber.az xəbər verir ki, hadisə Qəbələ şəhərində qeydə alınıb.
Belə ki, “Mercedes-Benz” və “Toyota” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində avtomobillərin sürücüləri – Qəbələ rayonu Bum qəsəbə sakini, 1987-ci il təvəllüdlü Rüstəm Cəlal oğlu Maksudov və 1976-cı il təvəllüdlü Vüqar Seymur oğlu Osmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
www.RESMIXEBER.az