Edinburq: Kişiləri ətəklə gəzib fəxr edən, öz “cızbız”ı olan şəhər – VİDEO

Dünya


Baku TV-də Gülnar Muradovanın təqdimatında yayımlanan “Oralarda necədir?” rubrikasının yeni buraxılışı efirə gedib.

Bu dəfə qədimi qəsrlər diyarı, tarixi tikililəri ilə məşhur olan Avropanın ən yaşıl ölkəsi Şotlandiyadan bəhs olunub.

Qeyd olunub ki, məhz Şotlandiyada küçədə ətəkdə gəzən və bununla fəxr edən əsl kişilər görə bilərsiniz. Bura əsl viskinin və yas mərasimlərində belə səslənən volınkanın vətənidir.

Edinburqun yarım milyon əhalisi var və hər il bura 25 dəfə çox turist gəlir. Bu şəhərdə hara baxsan, tarixi görmək mümkündür. 500, 600 yaşı olan tikililər hələ də dimdik ayaq üstdə və əla vəziyyətdədir.

Edinburqda yaşı 700 il olan binalar var və oradakı evlərdə sadə şotlandiyalılar yaşayırlar. Bu sakinlər evin 45-ci sahibləridirlər. Şotlandiya deyən kimi ağla kişilərin geyindiyi məşhur kilt və şotland ruhunu təcəssüm etdirən volınka gəlir. Bizdə kişinin ətək geyinməsi nə deməkdir, bunu hamı bilir. Amma şotland kişiləri üçün bu geyim əsl kişilik, mərdlik, cəsarət, sərtlik və azadlıq deməkdir.

Əsl kilt bir neçə qat parçadan ibarətdir və ağır geyimdir. Məhz bu səbəbdən onu geyinən kişilərə soyuq olmur. Bəs şotlandların yemək zövqü necədir? Haggis adlanan yemək bizim cızbız kimi qoyunun ürəyindən, qara və ağciyərindən hazırlanır. Soğan da qızardılır və kartof püresi ilə birlikdə təqdim olunur. Haggisi səhər, günorta, axşam yemək şotlandlar üçün normaldır.

Şotlandiyada insanlar öz sağlıqlarında yasları üçün pul yığırlar və ya buna görə sığorta ödəyirlər: kimsə aylıq 10 funt, kimsə 60 funt, yəni bizim pulla 127 manat. Adi dəfn mərasimi 300 funtdur (639 manat). Əgər nəşi krematoriyada yandırarlarsa, 750 funta (1600 manat) başa gəlir.

Ətraflı Baku TV-nin süjetində:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir