Trampın nasist salamı və Hitlerin çıxışlarına olan sevgisi yenidən gündəmdədir

Dünya


“ABŞ-nin keçmiş prezidenti Donald Tramp və onun tabeliyində olan işçilər mütəmadi olaraq ofisdə nasist salamı ilə bir-birilərini salamlayırdılar”.

Bunu milyarderin keçmiş həyat yoldaşı İvana Tramp 1990-cı ildə “Vanity Fair” jurnalına müsahibəsində danışıb.

Qeyd olunub ki, keçmiş prezidentin immiqrantlarla bağlı qalmaqallı bəyanatından sonra Trampın keçmiş arvadının verdiyi müsahibə yenidən gündəmə gəlib. Bu müsahibə zamanı o, Tramp üçün işləyən Con Uolterlə bağlı xatirələrini paylaşıb. Onun sözlərinə görə, o, Amerikanın keçmiş liderini salamlamaq üçün nasistlərə aid jestdən istifadə edib.

“Görünür, Donald Tramp öz alman irsinin bəzi aspektlərini ciddiyə alır. İvananın sözlərinə görə, (Uolter) Donaldı ofisində ziyarət edərkən, o, ayaqqabılarının dabanlarını yerə vurur və “Hayl Hitler” qışqırırdı”, – deyə jurnalda dərc olunan məqalədə qeyd olunub.

İvana, həmçinin iddia edib ki, Tramp Nasist Almaniyasının lideri Adolf Hitlerin çıxışları toplusunu oxuyub və onu çarpayısının yanında saxlayıb.

Eks-prezidentin sözlərinə görə, kitabı ona yəhudi dostu Marti Devis verib. O, bunun “Mein Kampf” (“Mənim mübarizəm”) deyil, çıxışlar toplusu olduğunu diqqətə çatdırıb.

Mənbə: Newsweek

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir