“Tibbi turizmin ölkədə inkişafı ilə bağlı bir çox xarici dövlətlərlə əməkdaşlıq etmək üçün ilkin planlar hazırlanıb, müzakirələr gedib”.
resmixeber.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O, ilkin tibbi turizm xidmətlərinin həyata keçirilməsinin planlaşdırıldığı müəssisəni də açıqlayıb:
“Bir çox ölkələrin turizm şirkətləri və qurumları ilə danışıqlar aparılıb. Biz istəyirik ki, tibbi xidmət üçün əvvəl xarici ölkələrə müraciət edən vətəndaşlar artıq Azərbaycanda yaradılan bu imkanlardan faydalana bilsinlər. İlk növbədə tibbi turizm xidmətini “Yeni Klinika” üzərindən həyata keçirməyi düşünürük.
Çünki bu tibb müəssisəsi həm şərait, həm təchizat, həm də tibbi xidmətin göstərilməsi baxımından uyğundur. Gələn il üçün bu istiqamətdə nəticələri görəcəyik.
Həmçinin, gələn ildən xaricdə olan həkimlərimizin çox hissəsi Azərbaycan səhiyyəsində xidmətini davam etdirəcək”.
Könül Cəfərli
www.RESMIXEBER.az