“MədəniyyətimİZ” layihəsi çərçivəsində növbəti görüş Akif Rüstəmov və Elbrus Vahidovla keçiriləcək – FOTO

Mədəniyyət


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Əməkdar mədəniyyət işçisi Akif Rüstəmov və Əməkdar incəsənət xadimi Elbrus Vahidovla görüş keçiriləcək.

resmixeber.az xəbər verir ki, Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və “Heydər Əliyev İli”nə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində baş tutacaq görüşdə kino xadimləri Azərbaycan mədəniyyətinin təbliği və inkişafı, müasir kino sənayesində mövcud ənənələr, intellektual yanaşma, ssenari və rejissor işi, sənətkar amili və ümummilli lider Heydər Əliyevlə bağlı olan zəngin xatirələrindən bəhs edəcəklər.

Tədbir müddətində, həmçinin, “Azərbaycan mədəniyyətinin inkişafında Heydər Əliyev amili”, “Milli kino sənətimizin inkişafı: çağırışlar, müasir yanaşma və gənclərin rolu” və “Kinomuzun dünəni, bu günü, sabahı” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur. Tədbirin bədii hissəsində yaradıcı gənclərin ifasında müxtəlif musiqi nümunələri təqdim ediləcək.

Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində ümummilli lider Heydər Əliyevin fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır.

Görüşdə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://shorturl.at/ehlDN

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir