Göyçayda bıçaqlanma hadisəsi baş verib

Cəmiyyət


Dünən axşam saatlarında Göyçay şəhər ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 49 yaşlı Füzuli Məmmədyarov 1996-cı il təvəllüdlü Elnur Quliyevə bıçaqla xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən F.Məmmədyarov saxlanılıb.

Müvafiq ekspertiza təyin olunub və faktla bağlı araşdırmalar davam etdirilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir