Avstriya Aİ-nin Rusiyaya qarşı 12-ci sanksiyalar paketini əngəlləyib

Dünya


Avstriya Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 12-ci sanksiyalar paketinin qəbulunu əngəlləyib.

Məlumata görə, Vyana Kiyevdən Avstriyanın “Raiffeisen Bank International” bank qrupunu “Rusiyanı dəstəkləyən” şirkətlərin qara siyahısından çıxarmağı tələb edib.

Bildirilir ki, bir müddət öncə Macarıstan özünün OTP bankının Ukraynanın qara siyahısından çıxarılmasına nail olub. Bu, Avstriyanı da analoji addıma sövq edib.

Qeyd edək ki, Aİ dekabr ayı ərzində Rusiyaya qarşı 12-ci sanksiya paketini tətbiq etmək niyyətindədir.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir