Astarada bir neçə gündür davam edən güclü yağış gediş-gəlişi çətinləşdirib.
resmixeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, yağış əsasən Astara rayonunun Şiyəkəran kəndinin yollarında problemlər yaradıb. Küçələrdə böyük gölməçələr əmələ gəlib. Bu da sakinlərin gediş-gəlişində çətinliklərə səbəb olub. Sakinlər yollardakı gölməçələrə görə uşaqları məktəbə aparmağın çətin olduğunu bildiriblər.
Şiyəkəran kənd bələdiyyəsinin sədr əvəzi Rövşən Heydərov bildirib ki, yolların bu vəziyyətdə olmasına səbəb axar sular üçün ötürücü kanalların olmamasıdır:
“Dəfələrlə yollara qreyder salınıb, yollar hamarlanıb. Su ötürücü kanallar olmadığı üçün yağış yağanda gölməçələr yenidən yaranır”.
www.RESMIXEBER.az