FHN əməkdaşları köməksiz vəziyyətdə qalan heyvanları xilas etdilər – VİDEO

Cəmiyyət


Bakı şəhərinin Xətai rayonu, Zığ qəsəbəsində binanın fasad üzlüyü ilə divarı arasına düşən küçüklər orada köməksiz vəziyyətdə qalıb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, küçükləri bina sakinləri özləri çıxarmağa çalışsalar da, buna nail ola bilməyiblər və bu barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat verilib.

Daxil olmuş məlumatla bağlı Bakı Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub və binanın üzlüyü ilə divarı arasında qalan heyvanları xilas ediblər.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir