Pyerluici Kollina döyülən türkiyəli referi ilə bağlı dəhşətli məqamlardan danışdı – VİDEO

Dünya


Dünya futbolunun unudulmaz hakimlərindən olan, FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina “Ankaragücü” – “Çaykur Rizəspor” matçından sonra hücuma məruz qalan Halil Umut Melərə dəstəyini ifadə edib.

“O, çox yaxşı hakim və çox yaxşı insandır. Ankarada yaşadıqlarına layiq deyildi”, – deyə Kollina hadisə ilə bağlı verdiyi açıqlamada qeyd edib.

O, Halil Umut Meleri dəfələrlə meydanda gördüyünü və Argentinada keçirilən 20 yaşdan aşağı futbolçuların dünya çempionatında birlikdə vaxt keçirdiklərini bildirib.

Pyerluici Kollina Melerin hücuma məruz qaldığı zaman vəzifəsini yerinə yetirdiyini vurğulayıb və baş verənlərin dəhşətli olduğunu nəzərə çatdırıb.

“Halil Umut Melerin hücumçular tərəfindən təpikləndiyi zaman yerdə uzanaraq başını qorumağa çalışdığı görüntülər və gözünün altındakı qançırlar dəhşətlidir”, – deyə o bildirib.

İtaliyalı hakim dünya üzrə aşağı liqalarda iştirak edən minlərlə hakimin şifahi və ya fiziki zorakılığa məruz qaldığına və bunun mətbuatda yer almadığına da diqqət çəkib.

“Onlar tanınmırlar. Onların əksəriyyəti karyeralarının ilk dövrlərində olan gənc hakimlərdir. Keçən ay Londonda dedim ki, hakimlərə qarşı zorakılıq, şifahi və fiziki zorakılıq futbolun gələcəyini məhv edə biləcək xərçəng xəstəliyidir. Verdiyi qərar səhv olsa belə, hakim döyülə bilməz. Bir penalti zərbəsi səbəbindən avtomobilini bombalamaq və ya yandırmaq olmaz. Təəssüf ki, bu, şişirtmə deyil, çünki bəzi ölkələrdə, nadir də olsa, belə hallar baş verir”, – deyə Kollina təəssüfünü bildirib.

Pyerluici Kollina FIFA prezidenti Canni İnfantinoya da Halil Umut Melerə verdiyi dəstəyə görə təşəkkür edib. O, həmçinin, çox gec olmadan, xərçəng futbolu öldürmədən hərəkətə keçməyə çağırış edib.

Mənbə: Haber Global

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir