Firudin Qurbansoydan bürclərin dəyişməsi məsələsinə REAKSİYA

DIN


Astrologiyada həmişə ilin ayları kimi 12 bürc məlum olub: Qoç, Buğa, Əkizlər, Xərçəng, Şir, Qız, Tərəzi, Əqrəb, Oxatan, Oğlaq, Dolça və Balıqlar. Lakin son günlər sosial şəbəkələrdə bu siyahıya yeni “İlan” bürcünün əlavə olunması ilə bağlı məlumatlar yayılır.  

Mövzu ilə bağlı tanınmış astroloq Firudin Qurbansoy “Qafqazinfo”ya açıqlama verib.

Onun sözlərinə görə qalaktikada bizə məlum olan və olmayan 88 bürc yerləşir:

“Adını səhv deyirlər. Əslində 13-cü bürc “İlan” yox, “İlantutan” bürcü adlanır. Bununla bağlı öz kitabımda yazmışam. Özü də bu bürc zodiaka indi daxil olmayıb. 1977-ci ildən bəri var”. 

Məsələ ilə əlaqədar astroloq, “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli isə saytımıza bildirib ki, 1999-cu ildən bəri hər il yeni il ərəfəsində bu cür şayiələr yayılır:

“Əgər 13-cü bürc olan “İlantutan” bürcü həqiqətən varsa, o zaman niyə astrofiziklər bu barədə heç nə demirlər? Əgər 13-cü bürc zodiaka daxil edilibsə, onda niyə yeni il qovşağını 21 martdan – Günəşin “Qoç” bürcünə daxil olmasından hesablayırlar? Bunlar sadəcə insanları çaşdırmaq və diqqət çəkmək üçün yayılan xəbərlərdir”.

Astroloq – “heç nə dəyişməyib, hər kəsin bürcü öz qüvvəsində qalır”, – deyərək, insanları təşvişə düşməməyə çağırıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir