Məhkəmə oğurluqda təqsirləndirilən şəxsə bəraət verdi

Kriminal


Xətai Rayon Məhkəməsində oğurluq etməkdə təqsirləndirilən Samir Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, S.Vəliyevin təqsiri sübuta yetirilmədiyindən məhkəmə ona bəraət verib.

Qeyd edək ki, ittihama görə, 1988-ci il təvəllüdlü S.Vəliyev 2022-ci ilin avqust ayında Bakı şəhəri, Xətai rayonu ərazisində binanın həyətində olan konteynerin qapısındakı dəmir qıfılı qırmaq yolu ilə saxlanc yerinə qanunsuz girib. Oradan bir ədəd 120 manat dəyərində su qızdırıcını, 140 manat dəyərində kafeli, bir ədəd 700 manat dəyərində kombi aparatını gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 960 manat ziyan vurmaqla oğurluq edib. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir