Sabirabadda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Cəmiyyət


Sabirabadda “Niva” və “Mersedes” markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə Qaratoğay kəndində qeydə alınıb.

Qəza zamanı kənd sakinləri – 1959-cu il təvəllüdlü İradə Hacımayıl qızı Kərimova, 1998-ci il təvəllüdlü Zinyət Qurban qızı Bağırzadə və Fərziyyə Hacımayıl qızı Bağırova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir