İranda həbs olunan isveçli diplomatın atası: “Oğlum 600 gündür cəhənnəmdə yaşayır” – FOTO

Dünya


“Oğlum 600 gündür cəhənnəmdə yaşayır”.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bunu İsveç vətəndaşı və Avropa İttifaqının diplomatı Yohan Floderusun atası Mats Floderus deyib.

Onun sözlərinə görə, Tehranda “Evin” həbsxanasında saxlanılan Yohan Floderus mütəmadi konsulluq xidməti və telefon danışığı hüququndan məhrum edilib.

Qeyd edək ki, 33 yaşlı isveçli diplomat 2022-ci il aprelin 17-də İranda həbs edilib və son 20 ayı həbsxanada keçirib. Ona qarşı irəli sürülən ittihamlar barədə isə hələlik dəqiq məlumat yoxdur.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir