Naxçıvanın təhsil nazirinin müavini MR-də məktəblərdə qızılca ilə bağlı vəziyyəti AÇIQLADI

Cəmiyyət


Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifəsini icra edən nazir müavini Elxan Nəcəfov hal-hazırda məktəblərdə qızılca ilə bağlı davamiyyətə ciddi təsir edən, narahatedici məqamların olmadığını bildirib.

“resmixeber.az”un yerli bürosu xəbər verir ki, bunu E.Nəcəfov jurnalistlərə açıqlamasında deyib.

“Bizim tərəfimizdəndə bu proses ciddi nəzarət altındadır”, – o deyib.

Nazir müavini bildirib ki, Naxçıvan Muxtar Respublikası səhiyyə və təhsil nazirlikləri infeksiyon xəstəliklər və qızılcaya yoluxma halları ilə bağlı mütəmadi məlumat mübadiləsindirirlər.

“Bizim təhsil müəssisələrimiz gündəlik olaraq şagirdlərdə müşahidə edilən xüsusilə temperatur və ya hər hansısa bir səpkilər, xəstəlik simptomlarına uyğun göstəricilər olursa, həmin şagirdlərlə bağlı məlumatları Səhiyyə Nazirliyinə ötürür. İndiyəqədərki prosesdə aydın olur ki, çox az faiz çərçivəsində müşahidə etdiyimiz bu simptomlar və əlamətlər qızılca xəstəliyinin göstəricisi olub”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir