Sağlam gənclik, sağlam gələcək! – FOTO

Cəmiyyət


Ulu öndər Heydər Əliyevin gənclərə ünvanladığı dəyərli tövsiyələrə əsaslanan və beş istiqamət üzrə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi 2023” dördüncü günündə də paytaxt və bölgələrdə fəaliyyətini davam etdirib.

8 dekabr tarixindən etibarən “İdman və sağlamlıq” istiqaməti üzrə layihələrə start verən Könüllülük Həftəsində ilk olaraq “Qan ver, həyat qurtar” adlı qanvermə aksiyası təşkil edilib. Qan Bankının və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tərəfdaşlığı ilə baş tutan aksiya 60 nəfərə yaxın Azərbaycan könüllüsünün iştirakı ilə həyata keçirilib. Təşkil edilən layihələrə marağın böyük olması bir daha nümayiş etdirir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın daim könüllülərə mərhəmət və nəcib əməllərə çağırışı ölkə gənclərinin xeyirxah əməllərə, yardıma yönəlməsinə səbəb olur.

Gün içində həyata keçirilən layihələr arasında Azərbaycan Könüllüləri üçün “Qarabağ atı” adlı şahmat seansı da baş tutub. Məntiqi təfəkkürün inkişafında xüsusi rol oynayan şahmat seansı zamanı ümumilikdə 30 könüllü iştirak edib. Sumqayıt şəhərində baş tutan oyun zamanı Azərbaycanın beynəlxalq qrosmeysteri, Avropa çempionatının qalibi Zeynəb Məmmədyarova da iştirak edərək şahmat həvəskarı olan könüllülərə qarşı mübarizə aparıb.

Qeyd edək ki, 2018-ci ildən etibarən ənənəvi olaraq Gənclər Fondu və tərəfdaş qurumların təşkilatçılığı ilə hər ilin dekabr ayında “Azərbaycan Könüllülük Həftəsi” layihəsi həyata keçirilir. Əvvəlki illərdə keçirilən tədbirlər gənclər və könüllülər tərəfindən böyük rəğbətlə qarşılanıb, könüllülüyün gənclər arasında təşviqi istiqamətində xüsusi rol oynayıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir