“Naxçıvan Sığorta” kreditorlarına müraciət edib

Cəmiyyət


Azərbaycan Mərkəzi Bankının lisenziyasını ləğv etdiyi “Naxçıvan Sığorta” ASC kreditorlarına müraciət edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat yayıb.

Məlumata görə, kreditorlar tələblərini iki ay ərzində Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 4 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Naxçıvan Sığorta” 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun nizamnamə kapitalı 7 milyon manatdır. Şirkətin səhmdarı 100% “Naxçıvan Bank” ASC-dir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir