Laosun cənubunda Yerə düşən sonuncu böyük meteoritdən krater aşkarlanıb.
Alimlərin onun təxminən 789 min il əvvəl Yerə düşdüyünü təxmin edirlər.
Axtarışlar Asiya, Avstraliya və Antarktidada aşkar edilmiş qədim tektitlərin – şüşəşəkilli meteorit fraqmentlərinin təhlili ilə başlayıb. Onların geniş yayılması alimləri böyük asteroidlə toqquşma nəticəsində Yerdə kraterin yaranması iddiasına sövq edib.
2020-ci ilə qədər axtarış dairəsini Laosun cənubundakı Bolaven platosuna qədər kiçiltmək mümkün oldu, lakin ölkədə tez-tez baş verən hərbi münaqişələr, habelə çətin coğrafi şərait səbəbindən heç vaxt krateri aşkar etmək mümkün olmayıb. Yalnız indi Nanyang Texnoloji Universitetinin alimlər qrupu kraterin ehtimal olunan yerini müəyyən edə bilib.
Onlar öz araşdırmalarında onun uzun müddət lavanın altında qaldığını və bu səbəbdən onu tapmaqda çətinlik çəkdiklərini iddia edirlər. Alimlər Bolaven ərazisindən tektitlər toplayaraq, platonun mərkəzində birləşən çöküntülərin qalınlaşmasının qanunauyğunluğunu müəyyən ediblər.
Qravimetrik tədqiqatların nəticələrinə əsasən onlar müəyyən ediblər ki, platonun ətrafında anomal sıx yeraltı mühit mövcuddur ki, bu da alimlərin fikrincə, lavanın altında qalmış kraterdən xəbər verir.
Mənbə: TechInsider
www.RESMIXEBER.az