Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin iclasının gündəliyi açıqlanıb

Dünya


Dekabrın 11-də Brüsseldə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin sədrliyi ilə keçiriləcək iclasda altı Şərq Tərəfdaşlığı ölkəsindən beşinin (Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova Respublikası və Ukrayna) xarici işlər nazirləri bir araya gələcəklər.

resmixeber.az-ın məlumatına görə, bu barədə Avropa İttifaqının saytında xəbər verilib.

Bildirilir ki, Aİ Xarici Əlaqələr Şurasının iclasından sonra, saat 18:00-da başlayacaq XİN rəhbərlərinin iclasında Aİ Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Oliver Varhelyi də iştirak edəcək.

“Nazirlər Şərq Tərəfdaşlığı ilə bağlı fikir mübadiləsi aparacaq, onun nailiyyətlərini təhlil edəcək və siyasətin gələcəyi üçün konkret tövsiyələr müəyyən edəcəklər.

İclasda nazirlər üzv dövlətlərin və tərəfdaş ölkələrin ehtiyaclarının ödənilməsini təmin etmək üçün Şərq Tərəfdaşlığı təşəbbüsünün necə davam edəcəyi, 2024-cü ildə birgə işin əsas prioritetləri, Şərq Tərəfdaşlığı ölkələri üçün İqtisadi və İnvestisiya Planının reallaşdırılmasının sürətləndirilməsi, Mərkəzi Asiya və Qərbi Balkan ölkələri ilə əməkdaşlığın artırılması və “Qara Dəniz Sinerjisi” təşəbbüsü kimi regional proqramlarla fəal işləmək məsələlərini müzakirə edəcəklər.

Nazirlər xüsusilə regional rouminq, yol təhlükəsizliyi və nəqliyyat sahəsində 2024-cü il üçün konkret nəticələrə dair öhdəlikləri möhkəmləndirməyi hədəfləyəcəklər”, – deyə məlumatda vurğulanıb.

Məlumata görə, nazirlər Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunda da çıxış edəcəklər.

Mənbə: Consilium.europa.eu

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir