Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi baş verən mina hadisələri ilə bağlı bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə və məsuliyyətli davranmağa çağırır.
Bu barədə ANAMA-dan daxil olan məlumatda deyilir.
“Nərəzə alın ki:
– Müharibə bitsə də, işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatların təhlükəsi davam etməkdədir;
– Minalanmış ərazilərdə hər bir yanlış addım həyat və sağlamlığınız üçün ciddi fəsadlar törədə bilər;
– Təyin edilmiş yerlərdən, yollardan və cığırlardan kənara çıxmayın!
– Naməlum və şübhəli əşyalara toxunmayın!
– Təhlükəsizliyinə əmin olmadığınız ərazilərə daxil olmayın!
– Atılıb qalmış hərbi sursatlar, texnikalar, səngərlər olan sahələrə, dağıdılmış yaşayış və digər tikililərin olduğu ərazilərə yaxınlaşmayın!
– Verilən təlimatlara ciddi şəkildə riayət etməyiniz həyat və sağlamlığınız üçün vacibdir”, – deyə ANAMA-dan bildirilib.
www.RESMIXEBER.az