Türkiyədə Azərbaycan hərbçilərinin də iştirak etdiyi beynəlxalq təlimlər başa çatıb – VİDEO

Siyasət


Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının ev sahibliyi ilə Çanaqqala və Saros körfəzində Azərbaycan hərbçilərinin də iştirak etdikləri “Nusret-2023” beynəlxalq hərbi təlimləri başa çatıb.

resmixeber.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X” hesabında paylaşım edilib.

“Təlim zamanı minalarla mübarizə prosedurları uğurla yerinə yetirilib və qarşılıqlı əməkdaşlığın artmasına töhfə verib”, – deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, təlimlərdə Azərbaycanla yanaşı, Bəhrəyn, Braziliya, Bolqarıstan, Cənubi Koreya, Filippin, Küveyt, Malayziya, Pakistan və Oman hərbçiləri iştirak ediblər.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir