Bakıda 14 yaşlı motosikletçi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Cəmiyyət


Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“resmixeber.az”un məlumatına görə, Şüvəlan qəsəbəsində 2009-cu il təvəllüdlü Hüseyn Rafael oğlu Hüseynlinin idarə etdiyi motosiklet avtomobillə toqquşub.

Hadisə zamanı xəsarət alan H.Hüseynli təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir