Bakıda gənc oğlanı avtomobil vurub, vəziyyəti ağırdır

Cəmiyyət


Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

resmixeber.az xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Haqverdi Novruzovu 77-HC-999 dövlət nişanlı BMW markalı avtomobil vurub.

Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər piyadanın ağır vəziyyətdə olduğunu bildiriblər.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir