Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Dəmir Əlibəylinin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 24 yanvar 2023-cü il tarixdə, saat 02 radələrində paytaxt ərazisində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, Dəmir Əlibəylinin tanışı, zərərçəkmiş Qabil Qüdrətov onun kirayə yaşadığı ünvana gələrək əvvəlcə mənzilin qapısını təpiklə vurub. Zərərçəkmiş təqsirləndirilən şəxsin qeyri-rəsmi arvadı Səmanı özü ilə aparmaq istəyib. Bu zaman onların arasında mübahisə düşüb. Dəmir əlində olan şüşə qabla və taxta ilə Qabilin bədəninin müxtəlif nahiyələrinə zərbə endirib. Daha sonra o, mətbəx bıçağı ilə qəsdən zərərçəkmiş şəxsin bədəninin müxtəlif yerlərinə vuraraq, ona xəsarət yetirib.
Hadisədən sonra Dəmir Əlibəyli saxlanılıb.
Məhkəmədə Dəmir Əlibəyli elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O deyib ki, özü Gəncə şəhərində böyük iş adamı olub, sonra maddi cəhətdən vəziyyəti yaxşı olmadığı üçün Bakıya gəlib. Burada icarəyə kafe götürüb işlətməyə başlayıb. Kafedə də işləri yaxşı olmadığı üçün onu bağlamalı olub. Sonra Səma doqquz ay sahibkarlıqla məşğul olan Qabilin yanında işləyib. Dəmir Əlibəylinin sözlərinə görə, hadisədən əvvəl Səma ilə Qabilin arasında nəsə olduğunu eşidib, lakin zərərçəkmiş and içərək belə bir halın baş vermədiyini söyləyib.
www.RESMIXEBER.az