Klodet Duhamel: “Fransanın siyasətindən ən çox Martinika qadınları əziyyət çəkiblər”

Siyasət


“Martinika qadınları diskriminasiya və müstəmləkəçiliyin təzahürləri ilə mübarizəni davam etdirirlər”.

“resmixeber.az” xəbər verir ki, bunu Müstəqil Martinika Naminə Ekoloqlar və Demokratlar Hərəkatının vitse-prezidenti Klodet Duhamel Bakıda “Dekolonizasiya: Qadınların hüquqlarının və imkanlarının genişləndirilməsi” mövzusunda beynəlxalq konfransda deyib.

O vurğulayıb ki, Fransanın müstəmləkəçilik siyasətindən ən çox Martinika qadınları əziyyət çəkiblər:

“Onlar cinsi zorakılığa, köləliyə, dəhşətli diskriminasiyaya məruz qalıblar”.

K.Duhamel qeyd edib ki, qadınlar ölkənin ictimai həyatında iştirak edə bilməyib və sistemə tabe olmaq məcburiyyətində qalıblar:

“Bu, bizim siyasi sistemimizə mənfi təsir etdi: qadınlar qərarların qəbulunda iştirak edə bilmədilər və cəmiyyət inkişaf etmədi”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir