Qazaxıstan prezidenti Bakıya səfərə gəlir

Siyasət


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev noyabrın 24-də Azərbaycana səfərə gələcək.

Bu barədə Qazaxıstan mətbuatı xəbər verib.

Məlumata görə, Qazaxıstan dövlət başçısı BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçiriləcək sammitində iştirak edəcək.

Məlumat üçün əlavə edək ki, Bakıda noyabr ayının 20-dən 24-dək BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqram (SPECA) Günləri keçirilir.

Tədbir Avropa və Çin arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda yeni çağırışlar qarşısında nəqliyyat əlaqələrinin rolunun artırılmasına həsr olunub.

Qeyd edək ki, hazırda SPECA-nın iştirakçı dövlətləri Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır.

Mənbə: Tengrinews.kz

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir