Moskvanın hava limanlarında 20-dən çox reys təxirə salınıb və ləğv edilib

Dünya


Bu gün Rusiya paytaxtının üç hava limanında 24 reys təxirə salınıb və ləğv edilib.

Üç təyyarə Şeremetyevo hava limanında cədvəl üzrə havaya qalxmayıb. Vnukovo hava limanında altı uçuş planlaşdırılandan gec baş verib və üç uçuş isə ləğv edilib. Eyni zamanda, Domodedovo hava limanında səkkiz reys gecikib, dörd reys isə ləğv edilib.

Jukovski hava limanında qrafikin pozulması barədə məlumat yoxdur.

Qeyd edək ki, Moskva hava limanlarında təyyarələrin uçuş vaxtlarının kütləvi şəkildə dəyişdirilməsinin səbəbləri açıqlanmır.

Mənbə: Lenta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir