Gürcü alim: “Hər kəs Azərbaycanın qələbəsindən danışır, ABŞ isə hələ də 907-ci düzəlişin təsirindədir”

Siyasət


“Bu gün bütün dünya Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsindəki qələbəsindən, eləcə də 2023-cü ilin sentyabrındakı birgünlük lokal antiterror tədbirinin nəticələrindən danışır. Hər kəs Azərbaycanın bu qələbəsini təqdir edir, ABŞ konqresi isə hələ də 907-ci düzəlişin təsirindən çıxa bilmir”.

Bu fikirləri “resmixeber.az”un Gürcüstan bürosuna açıqlamasına Gürcüstan parlamentinin sabiq deputatı, tarixçi alim Ramiz Bəkirov deyib.

Siyasətçi qeyd edib ki, ABŞ-dəki erməni lobbisinin təsiri altında olan konqresmenlər anlaya bilmirlər ki, bu cür ikili standartlar məhz onların öz dövlətinin imicinə zərbədir.

“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında bölgədə tarixi ədalət bərpa olundu. BMT və digər beynəlxalq təşkilatların qəbul etdikləri və 30 ilə yaxın müddətdə kağız üzərində qalan qərar və qətnamələr 44 gün ərzində yerinə yetirildi. Azərbaycan Ordusunun daha da güclənməsindən, Azərbaycan dövlət başçısının nüfuzunun günbəgün artmasından narahat olan qüvvələr bunu həzm edə bilmirlər. Bilməliyik ki, ABŞ və Avropa İttifaqının Azərbaycana qarşı bu ikiüzlü siyasəti bütün regionun əleyhinədir. Onlar regionda sabitliyi yenidən pozmağa, sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışırlar”, – deyə o qeyd edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir