Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti yaradılıb

Siyasət


Prezident İlham Əliyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb.

“resmixeber.az”un xəbərinə görə, Fərmanla “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”si və “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strukturu” təsdiq edilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (bundan sonra –-Agentlik) tabeliyindəki Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-mühafizəsinə Nəzarət İdarəsinin əsasında Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti yaradılıb.

Agentliyin Aparatının işçilərinin say həddi 170 ştat vahidi, Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti işçilərinin say həddi cəmi 146 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 51 ştat vahidi və regional bölmələri üzrə 95 ştat vahidi müəyyən edilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir