Holandla ən çox maraqlanan klubun adı məlum oldu

Dünya


“Mançester Siti” klubunun hücumçusu Erlinq Holandın agenti Rafaela Pimenta “Real Madrid”in norveçli hücumçu ilə mütəmadi maraqlandığını açıqlayıb.  

Lakin 23 yaşlı futbolçunun agenti bildirib ki, qərarı Erlinq Holand özü verməlidir.

“Erlinq özü öz taleyinin sahibidir. O, həmişə öz maraqlarına uyğun olanı və “Mançester Siti”nin maraqlarına uyğun olanı edəcək. Tərəflərin hamısı dəyişikliyə hazır olduqda belə bir keçid baş tuta bilər.

Bir şeyi dəqiq bilirəm ki, Erlinq həmişə “Mançester Siti”yə hörmətlə yanaşacaq. Klubunu dəyişmək istəsə, bu barədə komanda nümayəndələrinə əvvəlcədən məlumat verəcəyik. Təbii ki, hörmət qarşılıqlı olmalıdır. “Mançester Siti”nin Erlinqin qərarına hörmət göstərəcəyinə şübhə etmirəm”, – deyə gənc futbolçunun agenti vurğulayıb.

Mənbə: Relevo.com

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir