Filippində döşəklərdən və insanlardan ibarət ən uzun “domino düzülüşü” üzrə dünya rekordu qırılıb. Tədbirdə 2 355 nəfər iştirak edib.
Məlumata görə, yerli döşək istehsalçısı 55 illik yubileyi münasibətilə “Ginnesin Rekordlar Kitabı”na düşmək qərarına gəlib. “Döşək dominosu” da bu məqsədlə təşkil edib.
O da vurğulanır ki, əvvəlcədən bütün iştirakçılara zədə almamaq üçün düzgün yıxılma qaydaları göstərilib.
Rekord tamamlandıqdan sonra bütün döşəklər xeyriyyə təşkilatlarına bağışlanıb.
Mənbə: “Lenta dnya” “Telegram” kanalı
www.RESMIXEBER.az