Qəza vaxtı avtomobili yoldan kənara çəkmək OLMAZ? – VİDEO

Cəmiyyət


Maddi ziyanla nəticələnən qəza baş verdikdə bir çox sürücü avtomobilini yolun hərəkət hissəsində saxlayır.

Xezerxeber.az-ın məlumatına görə, onların nəqliyyat vasitəsini hərəkət zolağından kənara çəkməyib sığorta nümayəndəsini gözləmələri, hərəkətin intensiv olduğu yollarda sıxlığın yaranmasına səbəb olur.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Mətbuat Xidmətinin rəhbəri Ömər Xıdırov bildirib ki, sürücülər qəzalar zamanı avtomobilləri yolun hərəkət hissəsindən kənara çəkə və digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə şərait yarada bilərlər.

Bunun üçün müəyyən şərtlər var.

Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlovun sözlərinə görə, bu məsələdə sürücülərin diqqət yetirməli olduğu məqamlar var.

Ekspert əlavə edib ki, tərəflər öz aralarında razılığa gələrsə və dəymiş zərər 1000 manata qədərdirsə, Dövlət Yol Polisi İdarəsinin “Forma-4”’ arayışını almağa da ehtiyac yoxdur. Yəni sığorta şirkəti belə şəxslərə də rahatlıqla ödəniş edir.

Ətraflı süjetdə:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir