Hikmət Babaoğlu: “Belə getsə, gələcək kadrlar tarixini, dilini bilməyən ingilisdillilər olacaqlar”

Siyasət


“Belə getsə, gələcəkdə Azərbaycanı idarə edəcək kadrlar Azərbaycanın tarixini, dilini, milli mədəniyyətini bilməyən ingilisdillilər olacaqlar”.

resmixeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

Hikmət Babaoğlu bildirib ki, bu gün təhsilə də kifayət qədər vəsait ayrılır:

“Burada da hesabatlılıq olmalıdır. Şagirdlər dərsə girmir, gedir dil öyrənməyə. Milli aristokratiyanın yetişdirilməsi problemi var. Sadəcə, dil bilən şəxslərin ibarət biz milli aristokratiya yetişdirə bilərikmi? Məncə, yox”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir