Qəzzada “Əl-Qüds” xəstəxanasının fəaliyyəti dayandırılıb

Dünya


Fələstin Qızıl Aypara Cəmiyyəti (PRSC) Qəzza zolağının şimalında yerləşən “Əl-Qüds” xəstəxanasının yanacaq və elektrik çatışmazlığı səbəbindən fəaliyyətini dayandırdığını bildirib.

“12 noyabr 2023-cü ildə Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzza şəhərində “Əl-Qüds” xəstəxanasının sıradan çıxdığını və artıq fəaliyyət göstərmədiyini elan etdi. (Tibbi) xidmətlərin dayandırılması mövcud yanacağın (ehtiyatların) tükənməsi və elektrik enerjisinin kəsilməsi ilə əlaqədardır”, – deyə təşkilatın “X” (keçmiş “Twitter”) sosial şəbəkəsindəki hesabında dərc edilən bəyanatda qeyd olunub.

Qeyd edildiyi kimi, tibb müəssisəsinin kollektivi dərman, qida və su çatışmazlığı ilə üzləşən ağır humanitar şəraitdə  olan xəstələrə və yaralılara yardım göstərmək üçün bütün güclərini sərf edir.

Xatırladaq ki, şənbə günü səhər PRSC, Qüds Xəstəxanasının elektrik generatorlarının yanacağı bitdiyi üçün yaxın üç saat ərzində fəaliyyətini dayandıra biləcəyini bildirmişdi.

Daha əvvəl təşkilat İsrailin bombardmanları səbəbindən xəstəxanaya gedən bütün yolların bağlandığı barədə məlumat vermişdi.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir