Bosniya və Herseqovinada “Zəfər Günü” adlı konsert proqramı təşkil olunub VİDEO

Baş səhifə

Sarayevo, 10 noyabr, AZƏRTAC

Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə “Zəfər Günü” adlı konsert proqramı təşkil edilib.

AZƏRTAC -a istinadən bildiririk ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, ölkəmizin Bosniya və Herseqovinadakı səfirliyinin və Xan Şuşinski Fondunun təsisçisi və rəhbəri Bəyimxanım Verdiyevanın təşkilatçılığı ilə baş tutan konsert proqramında Beynəlxalq Muğam Mərkəzinin solistləri, xanəndə Günay İmamverdiyeva, tarzən Rəşad İbrahimov və kamança ifaçısı Əməkdar artist Toğrul Əsədullayev tərəfindən milli musiqilər ifa olunub.

Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev çıxışında Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun işğal olunmuş ərazilərimizi 2020-ci ildə 44 günlük Vətən müharibəsində azad etdiyini, cari ilin sentyabrında isə lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin edildiyini, şanlı bayrağımızın ölkəmizin bütün ərazilərində dalğalandığını bildirib, qonaqları Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

Konsertdə diplomatik korpusun nümayəndələri, Türkiyə səfiri və səfirliyin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən çoxsaylı türk qurumlarının rəhbərliyi və nümayəndələri, səfirliyimizin əməkdaşları, Bosniya və Herseqovinada yaşayan həmvətənlərimiz, həmçinin yerli və xarici KİV-lərin nümayəndələri iştirak ediblər.

Həmin gün “Sarajevo City Center” ticarət və biznes mərkəzinə məxsus, şəhərin ən iri rəqəmsal media fasad lövhəsində Azərbaycan Respublikasının Dövlət Bayrağı işıqlandırılıb.

 

VİDEOhttps://video.azertag.az/site/video/192706

Bosniya və Herseqovinada “Zəfər Günü” adlı konsert proqramı təşkil olunub VİDEO

 

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir