Əfqanıstanda tiryək əkini 95% azalıb

Dünya


“Taliban” hərəkatı tərəfindən qadağa tətbiq edildikdən sonra Əfqanıstanda tiryək əkininin həcmi 95% azalıb.

Bu məlumatı noyabrın 5-də BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi verib.

Onların hesabatında qeyd olunur ki, 2022-ci ilin aprelində “Taliban” narkotik bitkilərin yetişdirilməsini qadağan edib və qanunu pozanları şəriət qanunlarına uyğun olaraq cəzalarla hədələyib.

Nəticədə tiryək üçün ayrılan sahə 2023-cü ildə 233 min hektardan 10 min hektaradək azalıb. Bu, ölkədə tiryək istehsalının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub – 6000 tondan 333 tona qədər.

Qeyd olunur ki, 2023-cü ilə qədər tiryək məhsullarının ixracı Əfqanıstana ölkənin bütün qanuni ixracından daha çox gəlir gətirib.

Mənbə: rossaprimavera.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir