İlk dəfə səhiyyə xərcləri 1,9 milyard manata yüksəlib

Cəmiyyət


“2024-cü ilin büdcəsi də sosialyönümlü büdcədir. Büdcəmizdə sosial xərclərin xüsusi çəkisinin 43 faizə yüksəlməsi son dərəcə təqdirəlayiqdir. Bu, Prezident İlham Əliyevin əhalinin sosial rifahının yüksəlməsinə göstərdiyi böyük qayğının nəticəsidir. Sosial sahələrin bütün istiqamətlərdə maliyyələşməsində artım var, o cümlədən səhiyyə sistemində. İlk dəfə olaraq büdcədə səhiyyə xərcləri 1,9 milyard manata yüksəlib. Əminəm ki, vəsaitin artması hesabına ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksələcək”. 

Bizim.media xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. 

Onun sözlərinə görə, İcbari Tibbi Sığorta Fondunun gəlirlərində ciddi artım müşahidə olunur. Fondda 2,8 milyard manat vəsait toplanır. 

“Bilirsiniz ki, son illərdə ölkəmizdə icbari tibbi sığorta artıq uğurla həyata keçirilir. Demək olar ki, icbari tibbi sığortanın xidmətlər zərfi günbəgün genişləndirilir və əhalinin icbari tibbi sığorta ilə bağlı məmnunluğu getdikcə artır. Hesab edirəm ki, ölkəmizdə icbari tibbi sığorta sisteminə keçid son illər səhiyyəmizin ən böyük uğurlarından biridir”, – deyə Əhliman Əmiraslanov əlavə edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir