Məhkəmə azyaşlı bacıların ölümünə səbəb olan sürücü ilə bağlı qərar çıxardı

Cəmiyyət


Bakı Apellyasiya Məhkəməsində azyaşlı bacıların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Abil Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Həsənov səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il dekabrın 20-si saat 17 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində baş verib. Bakı şəhər sakinləri, 34 yaşlı Abil Sədrəddin oğlu Həsənovun idarə etdiyi “Hyundai” markalı, 99-OH-223 dövlət qeydiyyat nişanlı və 63 yaşlı Qurban Polad oğlu Əliyevin idarə etdiyi VAZ-2107 markalı, 90-EY-518 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub. Nəticədə Qurban Əliyev və sərnişinləri – paytaxt sakinləri, 13 yaşlı Əminə Əhməd qızı Lütfəlizadə və onun bacısı 12 yaşlı Zalina hadisə yerində həyatlarını itirib, onların anası Nigar Elbrus qızı Lütfəliyeva, həmçinin digər sərnişin Ülviyyə Eldar qızı İsmayılova isə xəsarət alıblar.

Bununla yanaşı, “Hyundai” markalı avtomobildə olan beş sərnişin – İradə Quli qızı Babayeva, Xatirə Babakişi qızı Babayeva, Nayibə Ağaraza qızı Hüseynova, Göyərçin Arif qızı Babayeva və Təranə Murad qızı Zeynalova – müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

İlkin araşdırma zamanı “Hyundai” markalı avtomobilin sürücüsü Abil Həsənov həmin gün səhər saatlarından başlayaraq fasiləsiz taksi fəaliyyəti ilə məşğul olduğu üçün yorulduğunu və bu səbəbdən sükan arxasında yuxulayaraq qarşı hərəkət zolağına çıxdığını bildirib. Faktla bağlı cinayət işi açılıb, Abil Həsənov məsuliyyətə cəlb olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir