Tatarıstanda keşiş həyat yoldaşını öldürdükdən sonra parçalayıb

Dünya


Tatarıstanın Nijnekamsk şəhərinin Kronştadt Müqəddəs İoann məbədinin keşişi həyat yoldaşını vəhşicəsinə öldürərək parçalayıb.

Məlumata görə, keşiş Mixail Zubarev arvadını əvvəlcə bıçaqlayaraq öldürüb, sonra isə hissələrə parçalayıb. Qadının soyuducuda gizlədilən başını onların səkkiz yaşlı qızı aşkarlayıb. Daha sonra 17 yaşlı oğlu hadisədən xəbər tutub təcili yardım çağırıb. Hazırda uşaqlar xəstəxanadırlar və onlara psixoloji yardım göstərilir.

Məbəddən verilən xəbərə görə, Zubarev oktyabrın 17-dən kilsədə xidmət etmirmiş. Rəhbərlik ziyarətçilərin şikayəti əsasında ona qadağa qoyub.

Mənbə: Mash

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir