Bədəni yanan iki yaşlı Ayanın dəstəyə ehtiyacı var: İmkan olmadığı üçün müalicə yarımçıq qalıb – FOTO

Cəmiyyət


İki yaşlı Ayanın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə resmixeber.az-a onun anası Hənifə Ağayeva məlumat verib.

O bildirib ki, qızı bir neçə ay əvvəl yaşadıqları fermada yanıb.

“Biz Goranboyda fermada yaşayırıq. Bir neçə ay əvvəl Ayan qaçarkən qaynar samovarı üzərinə aşırıb. Üzü, qarnı və kürəyi yanıb. 10 günə yaxın Bakıda yerləşən xəstəxanalardan birində müalicə alsaq da, imkanımız olmadığı üçün oradan da çıxmalı olduq. Hazırda Ayanın müalicəsini davam etdirə bilmək üçün 500 manata ehtiyacımız var. İnanın, artıq apteklər belə bizə borc vermir. Yaraları su toplayır, Ayanı çox incidir. İnanın, vəziyyətimiz çox ağırdır, yaşamağa evimiz belə yoxdur. Uşaqlarım bir gün ac, bir gün tox olurlar. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Kart hesabı: 4169 7388 2116 1530

Ailə ilə əlaqə: (070) 436-99-79

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir