Corc Dik Beeri qətliamında körpə qurbanların tanınması üçün görülən işlərdən danışdı – FOTO

Dünya


“Beeri kibutsunda (İsraildə sosial prinsiplər əsasında qurulmuş kənd təsərrüfatı icması – red.) öldürülən uşaqlar haradadır? Onların əksəriyyəti diri-diri yandırıldı, özü də qəddarlığa məruz qaldıqdan, doğrandıqdan sonra, nəticədə onların qalıqları tanınmaz hala gəldi, cəsədləri müəyyən oluna bilmədi”.

Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik özünün “X” hesabında yazıb.

O, oktyabrın 7-də baş verən Beeri qətliamından üç həftədən çox vaxt keçməsinə baxmayaraq, bir çox ailənin hələ də öldürülən uşaqlarının qalıqlarını almadığını vurğulayıb.

“Nəticədə İsrail Qədim Əsərlər İdarəsi şəxsiyyətin müəyyən edilməsi prosesinə kömək etmək üçün öz mütəxəssislərini göndərmək məcburiyyətində qalıb”, – deyən diplomat mütəxəssislərin cəsədlərin identifikasiyası üçün dağıntılar arasından sümük və diş fraqmentlərini araşdırdıqlarını vurğulayıb.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir